Xəzər Xəbər

İbrahim Kalın: Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək

Dünya | 21:57 • 21 Oktyabr 2020
İbrahim Kalın: Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək

Paşinyanın "Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın əsl niyyətini ortaya qoymaqdadır.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın "Twitter” hesabında yazıb.


İ.Kalın fikirlərinə belə davam edir: "Kimin müharibə istədiyi bəllidir. Bu hal Türkiyənin və Azərbaycanın haqlı olduğunu təsdiq edir. Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.

Xəbər lenti