Xəzər Xəbər

Düşmənin müdafiə istehkamlarını daha sürətlə məhv etmək üçün şərait yaranıb - VİDEO

Veb TV | 19:37 • 21 Oktyabr 2020
Düşmənin müdafiə istehkamlarını daha sürətlə məhv etmək üçün şərait yaranıb -

Azərbaycan ordusunun işğaldan azad etdiyi Zəngilan şəhəri, eləcə də Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazisində yerləşən 24 kəndin böyük strateji əhəmiyyəti var. Onlar arasında Xocavənd rayonunun Çinarlı kəndi xüsusilə fərqlənir. Bu yaşayış məntəqələrinin düşmən tapdağından azad edilməsi ordumuza bir sıra üstünlüklər verir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, azad edilmiş məntəqələr Azərbaycan Silahlı Qüvvələrinə əks-hücum əməliyyatlarının gedişində daha böyük ərazilərə nəzarət etmək imkanı yaradır.

Cəlil Xəlilovun fikrincə, sözügedən ərazilərin işğaldan azad edilməsi ermənilərin qurduğu müdafiə istehkamlarını daha sürətlə məhv etməyə şərait yaradır: "Azərbaycan Ordusunun rəşadəti, sahib olduğu silah-sursat və texnika ilə yanaşı ələ keçirilən strateji əhəmiyyətli ərazilər düşmənin böyük itkilər verərək geri çəkilməyini, başqa sözlə desək, məğlubiyyətini qaçılmaz edir".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti