Xəzər Xəbər

Yevlaxda dezinfeksiya işləri aparılır VİDEO

Veb TV | 20:12 • 14 Avqust 2020
Yevlaxda dezinfeksiya işləri aparılır

Sərt karantin rejimi elan edilən rayonlardan olan Yevlaxda da koronovirusdan qorunmaq üçün tədbirlər davam etdirilir. İri tutumlu avtomobillərlə küçələr, prospektlər dizinfeksiya edilir. Həmçinin parklarda insanların çox toplaşdığı ərazilərdə rayon icra hakimiyyəti tərəfindən təşkil edilən mobil qruplar tərəfindən marifləndirmə işləri aparılır.

Yevlaxda virusa yoluxmada azalma müşahidə edilsə də bu rayonda dizinfeksiya işləri davam etdirilir. Rayonun küçə və prospektləri ağır tonnajlı su çiləyici maşınlarla xüsusi maddələrlə yuyulur. Yaşayış binaları, məhəllələr, insanların əyləşdikləri skamyalar, parklar, dayanacaqlar dizinfeksiya edilir.

Rayon ərazisində fəaliyyət göstərən marketlər, digər obyektlərdə rayon icra hakimiyyəti tərəfindən yaradılan mobil qruplar tərəfindən sakinlərlə marifləndirici söhbətlər aparılır. Gözəllik salonları və digər qapalı müəssisələrə məlumatlandırıcı vasitələr vurulur. İnsanların maska istifadə etməklə virusdan qorunması tövsüyyə edilir.

Qeyd edək ki, rayon ərazisində dizinfeksiya və marifləndirmə işləri davam etdiriləcək.

Xəbər lenti