Xəzər Xəbər

Son 6 ayda ev şəraitində 83 uşaq doğulub

Cəmiyyət | 13:58 • 14 Avqust 2020
Son 6 ayda ev şəraitində 83 uşaq doğulub

"Ev şəraitində doğulan uşaqların müəyyən edilməsi və onların doğumunun qeydə alınması sahəsində vətəndaşlara hüquqi yardım göstərilir”.


XəzərXəbər xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.


Onun sözlərinə görə, 2020-ci ilin 6 ayı ərzində də ev şəraitində 83 uşaq doğulub: "Bu rəqəm 2019-cu ildə 148 olub. Onlardan ümumilikdə 139-nun doğumu qeydə alınıb, digərləri barəsində isə valideynlərinə doğum faktının müəyyənləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etməsinə hüquqi yardım göstərilib”.

Xəbər lenti