Xəzər Xəbər

UEFA növbəti mövsümdə "8-lər finalı"ndan istifadə edəcək?

İdman | 12:25 • 14 Avqust 2020
UEFA növbəti mövsümdə "8-lər finalı"ndan istifadə edəcək?

UEFA prezidenti Aleksander Çeferin növbəti mövsümdə Çempionlar Liqasında "8-lər finalı"nın gerçəkləşmə ehtimalına münasibət bildirib. 


Sloveniyalı funksioner bu barədə AFP-yə açıqlama verib.


O, gələcəkdə belə turnirin maraqlı ola biləcəyini söyləyib: "Amma bunu edə biləcəyimizi düşünmürəm. Çünki təqvim sıxdır və daxili çempionatları nəzərə almalıyıq. Mən optimistəm və düşünürəm ki, gələn il hər şey daha yaxşı olacaq. Normal və azarkeşlərin iştirak etdiyi köhnə futbola qayıda bilərik. Gələn il eyni müsabiqəni keçirmək üçün hansısa planımız yoxdur". 


Qeyd edək ki, Çempionlar Liqasının matçları 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçirilir. 

Xəbər lenti

Çox oxunanlar