Xəzər Xəbər

"Yuventus"da vacib görüş: Ronaldo və ya Dibala satıla bilər

İdman | 12:00 • 14 Avqust 2020
"Yuventus"da vacib görüş:

"Yuventus"un aparıcı futbolçuları Kriştiano Ronaldo və Paulo Dibaladan biri ilə yollarını ayıra bilər.


"Sportmediaset" nəşri xəbər verir ki, yaxın vaxtlarda Turin klubunun yeni baş məşqçisi Andrea Pirlo ilə idman direktoru Fabio Paratiçi arasında bununla bağlı görüş olacaq.


"Qoca sinyora" sözügedən oyunçulardan birini satmaqla yüksək maaş yükündən azad olmaq niyyətindədir.


Portuqaliyalı hücumçunun illik məvacibi 31 milyon avrodur. Argentinalı futbolçu isə "Yuventus"da ilinə 15 milyon avro qazanır.


Qeyd edək ki, daha əvvəl Kriştiano Ronaldonun "Barselona"ya təklif olunduğu ilə bağlı xəbərlər yayılıb.

Xəbər lenti