Xəzər Xəbər

Boliviyada seçkilər təxirə salındı

Dünya | 10:52 • 14 Avqust 2020
Boliviyada seçkilər təxirə salındı

Boliviya prezidentinin səlahiyyətlərini icra edən Janin Anyes parlament və prezident seçkilərinin 18 oktyabr tarixinə təxirə salınmasını özündə ehtiva edən qanun layihəsini imzalayıb.


"Report” "TASS”a istinadən xəbər verir ki, imzalanma mərasimi "Boliviya TV”də yayımlanıb.


Qeyd edək ki, artıq qanun ölkə parlamenti tərəfində qəbul edilmişdi və rəsmi qüvvəyə minməsi üçün xanım dövlət başçısına göndərilib.


Qanunla 18 oktyabr səsvermənin son tarixi olacaq və bu gün təxirə salına bilməz. Sənəddə seçkiləri təxirə salmağa cəhd edə biləcək şəxslər üçün cinayət məsuliyyəti də nəzərdə tutulur.


Ötən ilin noyabrında etiraz aksiyaları zamanı dövlət başçısı vəzifəsindən getmiş Boliviyanın sabiq prezidenti Evo Morales sənədin qəbul edilməsini alqışlayıb.


"Qanunverici assambleya Boliviyada seçkilərin müəyyən bir vaxtda keçirilməsini təyin edən qanunu qəbul etdi, bu müddət uzadıla bilməz və beynəlxalq zəmanətlərlə mümkün hiylələrdən qorunur və ən əsası yeni qan tökülməsinin qarşısını alır”-deyə, Morales özünün "Twitter” səhifəsində yazıb.


Xəbər lenti