Xəzər Xəbər

“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq VİDEO

Veb TV | 21:18 • 11 Avqust 2020
“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq

Bugün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna mediatur təşkil edilib. Jurnalistlərə məlumat verilib ki,''Qarabağ'' yatağının dayaq blokunun dənizdə 1 ay müddətində quraşdırılması planlaşdırılır.2 ilə ərsəyə gələn 16 min tonluq konstruksiya yataqda neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq

Ölkəmiz üçün böyük əhəmiyyətə malik olan ''Qarabağ'' yatağının dayaq bloku dünən prezident İlham Əliyevin iştirakilə dənizə yola salındı. Bugün Heydər Əliyev adına Bakı Dərin özüllər zavoduna təşkil edilmiş mediatur zamanı məlumat verilib ki, dayaq blokunun quraşdırılması "Qarabağ" yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. Blok SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. Konstruksiyanın ümumi çəkisi 16 min tondur.Dənizdə suyun dərinliyi 182 metr olan hissədə quraşdırılacaq. Proses kifayət qədər vaxt aparacaq.

Qarabağ yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Blok vasitəsilə yataqdan il ərzində ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Yataqda 6 neft quyusu, 3 suvurma, 2 sualtı qaz quyusu qazılacaq.

İşin həyata keçirilməsində əməyin mühafizəsinə və işçilərin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Hər gün işə başlamazdan müxtəlif müzakirələr aparılır.

Bu nəhəng qurğunun istismara verilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Qarabağ yatağı Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasıvə ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

Qeyd edək ki, blokun yola salındığı "Qarabağ" yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir

Xəbər lenti