Xəzər Xəbər

Azərbaycanda koronavirusla effektiv mübarizə aparılır VİDEO

Veb TV | 20:56 • 7 Avqust 2020
Azərbaycanda koronavirusla effektiv mübarizə aparılır

Azərbaycanda koronavirus pandemiyasına qarşı hələ ilk gündən aparılan hərtərfli mübarizə bu gün xəstəliyin nəzarətdə saxlanılmasına kömək edib. Ölkəmizdə qısa zamanda açılan modul tipli xəstəxanalar, dərman və tibbi avadanlıq ehtiyyatının təmin edilməsi dövlətin bu sahəyə ayırdığı diqqətin nəticəsidir.COVID 19-a qarşı mübarizəyə yerli həkimlərlə yanaşı xarici mütəxəsislərdə qoşulub. Həkimlər xəbərdarlıq edirlərki,qarşıdakı dövrdə də vətəndaşlar diqqətli olmalı, sağlamlıqlarını ciddi şəkildə qorumalıdırlar.

''Ölkəmizdə həyata keçirilən karantin tədbirləri, bunun paralelində qısa zamanda yeni xəstəxanaların açılması və ən çətin zamanda belə suni nəfəs aparatı kimi zəruri avadanlıqların ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin vətəndaşına verdiyi dəyərin nəticəsdiir '' Bu fikirləri tibb elmləri üzrə fəlsəfə doktoru, koronaviruslu xəstələrin müalicəsində yaxından iştirak edən infeksionist Vüqar Cavadzadə ''Xəzər Xəbər'' ə müsahibəsində bildirib.

Həkimin sözlərinə görə dünyanın müxtəlif ölkələrindən koroanvirusla mübarizdə peşəkarlaşmış mütəxəssislərin ölkəmizə dəvət edilməsi mübarizə tədbirlərini gücləndirməklə yanaşı tibbi heyyətimizin bacarıqlarının da artırılmasına böyük töhfə verir. Bu isə bu və buna virusla mübarizdə ölkəmizin prespektivini artırır. Həkim modul tipli xəstəxanalarla yanaşı idman komplekslərinin də koronaviruslu xəstələr üçün hazırlanmasını yüksək qiymətləndirir. Amma qarşıdakı mövsüzmdə vətəndaşlarda diqqətli olmalıdır.

Vüqar Cavadzadə bildirir ki, əldə edilən nəticələrin xüsusi ilə payız -qış aylarındaqorunmasında əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Əgər hər bir şəxs məsuliyyətli olarsa virusla mübarizədə qalıcı effektiv nəticəni əldə etmək mümkün olar.

Qeyd edək kı,bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir..Bununla yanaşı Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən həkim briqadaları Azərbaycana gələrək fəaliyyətə başlayıblar..

Xəbər lenti