Xəzər Xəbər

Bölgələrdə mənzillər ucuzlaşıb - VİDEO

Veb TV | 09:34 • 12 İyul 2020
Bölgələrdə mənzillər ucuzlaşıb -

Bölgələrdə mənzil bazarında durğunluq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, Tovuzda artıq neçə aydır daşınmaz əmlak bazarında demək olar ki, alqı-satqı əməliyyatları aparılmır.

Rieltorlar deyirlər ki, pandemiya dövrünün davam etməsi mənzillərin qiymətinə də təsir edib. Hətta kirayə evlərə də tələbat azalıb.

Lənkəran rayonunda dörd aya yaxındır ki, ev alqı-satqı bazarında durğunluq yaşanır. Səbəb isə koronavirus panedemiyası ilə əlaqədər olaraq karantin rejiminin elan olunmasıdır.

Ev satışı ilə məşğul olanlar deyirlər ki, bu mövsüm ötən illərə nisbətdə vəziyyət tam fərqlidir. Rayona gediş-gəlişin az olması səbəbindən istər bina, istərsə də fərdi evlərin satışı ilə bağlı müraciətlər dəfələrlə azalıb. Bu səbəbdən də Lənkəranda satılan evlərin qiymətində enmələr müşahidə olunur.

Ev alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, ötən il Lənkəranda ikiotaqlı təmirli ev 35-40 min manata satılırdısa, bu il həmin evləri 30 minə də satmaq olmur.

Rieltorlar bildirirlər ki, növbəti aylarda ev alqı-satqısı bazarında qiymətlər bir qədər də aşağı düşəçək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti