Xəzər Xəbər

Başqasının şəxsiyyət vəsiqəsi ilə SMS icazə alan şəxs aşkarlanıb - Bakıda reyd - VİDEO

Veb TV | 19:41 • 3 İyul 2020
Başqasının şəxsiyyət vəsiqəsi ilə SMS icazə alan şəxs aşkarlanıb -

Başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə SMS icazə alan şəxs aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu hal Nərimanov Rayon Polis İdarəsi əmaəkdaşlarının ictimai yerlərdə maska taxmayan və SMS icazə almadan küçəyə çıxan şəxslərə qarşı keçirdikləri reyd zamanı məlum olub.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən aparılan yoxlama zamanı SMS icazə alanlar çoxluq təşkil edib. Amma icazəsi olmayana da rast gəlinib.

İctimai məkənlarda da yoxlamalar aparılıb. Məsələn, apteklərin birində işləyən əczaçının tibbi maska tağmadığı aşkar edilib və inzibati qaydada 50 manat məbləğində cərimə edilib.

Rayon ərazisində bu cür yoxlamalar iri mağazalarda da aparılıb. Bəzi mağaza sahiblərinə tapşırılıb ki, maskasız müştəriləri içəri burxamasınlar və işçilər də ara məsafəsinə riayət etsinlər. Əks halda qaydalara əməl etməyən obyektlər bağlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti