Xəzər Xəbər

Nazir: Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir - VİDEO

Veb TV | 20:25 • 2 İyul 2020
Nazir: Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir -

"Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri və digər istehsalçıları cəlb etməklə "OPEC+" formatının daha da genişləndirilməsini vacib sayıram".

Xezerxeber.az-ın məlumatına görə, Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfransda belə deyib.

Nazir qeyd edib ki, dünya ölkələri mövcud vəziyyətdə əməkdaşlığa və innovasiyalara daha açıq olmalıdır.

Energetika naziri həmçinin ənənəvi enerji mənbələrinin cəlbediciliyinin əvvəlki kimi olmadığını və bərpa olunan enerji mənbələrinin rolunun artırılmasının vacibliyini qeyd edib.

Rusiyanın Energetika naziri Aleksandr Novak da OPEK çərçivəsində müzakirələrin əhəmiyyətini vurğulayıb və bu qurumun neft istehsalının tənzimlənməsi ilə bağlı vaxtında qərar verdiyini bildirib.

Beynəlxalq tədbir sabah da qapalı şəkildə öz işini davam etdirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti