Xəzər Xəbər

Qəbələdə qardaş qardaşı qətlə yetirib - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 21:30 • 2 İyul 2020
Qəbələdə qardaş qardaşı qətlə yetirib -

Obyekt üstündə kiçik qardaş böyük qardaşını güllələyərək öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib.

Qəsəbə sakini 55 yaşlı Ramil Rəhimov böyük qardaşı, 61 yaşlı Azər Rəhimovu güllələyib. İddiaya görə, Azər Rəhimov istirahət mərkəzini müqavilə əsasında qardaşına verib. Lakin sonradan Ramil Rəhimov etibarnamə ilə işlətdiyi obyekti öz adına keçirib. Elə qardaşlar arasında mübahisə də buna görə başlayıb.

İş məhkəməyə verilib. Məhkəmənin qərarına əsasən, obyekt yenidən Azər Rəhimova qaytarılıb. Buna əsəbləşən kiçik qardaş silaha əl atıb.

Ağır xəsarətlər alan Azər Vəliyev dünyasını dəyişib.

Ramil Rəhimov şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti