Xəzər Xəbər

ABŞ-da pandemiyanın iqtisadi nəticələrinin on ildən çox davam edəcəyi gözlənilir

Dünya | 15:09 • 3 İyun 2020
ABŞ-da pandemiyanın iqtisadi nəticələrinin on ildən çox davam edəcəyi gözlənilir

Koronavirus pandemiyası Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatına növbəti onillik ərzində də öz təsirini göstərəcək.


AZƏRTAC Konqresin Büdcə İdarəsinin hesabatına istinadla xəbər verir ki, koronavirusun yayılması səbəbindən qarşıdakı 11 ildə ABŞ-da ümumi daxili məhsulun həcmi 7,9 trilyon dollar miqdarında azalacaq. Yanvar ayında verdiyi iqtisadi proqnoza yenidən nəzər yetirən agentlik belə qənaətə gəlib ki, ölkə iqtisadiyyatının həcmi 2030-cu ildə pandemiya nəticəsində yaranmış iqtisadi böhrana görə 3 faiz aşağı enəcək.


"Çox güman ki, müəssisələrin bağlanması və sosial distansiyanın təmin edilməsi ilə bağlı tədbirlər bundan sonra da istehlak xərclərinin azalmasına gətirib çıxaracaq. Bundan əlavə, enerji daşıyıcıları qiymətlərinin aşağı düşməsi ABŞ-ın enerji sektoruna investisiya qoyuluşunu əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə büdcə idarəsinin direktoru Flipp Svaqel demokratların lideri Senata Çaku Şumerə göndərdiyi hesabatda bildirib.


Bu ilin mart ayından 40 milyondan çox amerikalı işsizlik müavinəti almaq üçün müraciət edib. Qellapa institutunun cümə günü dərc edilmiş sorğusu göstərir ki, hər 10 amerikalıdan biri ölkə iqtisadiyyatının tənəzzüldə olduğunu düşünür.

Xəbər lenti