Liviyada qiyamçı general Xəlifə Haftara bağlı qüvvələr legitim hökumətin ordusu qarşısında 48 cəsədi qoyaraq qaçıb.
Bu barədə Liviya ordusunun rəsmisi Məhəmməd Qanuni bildirib.
Qanuni əlavə edib ki, COVİD-19 ehtimalını nəzərə alaraq, cəsədlərin toplanması zamanı qoruyucu uniformalardan istifadə edilib.
Sözçü əlavə edib ki, 307-ci briqada paytaxtın cənubundakı Vadi er-Rabi bölgəsində Haftarın bir qrup əsgərinə artilleriya zərbəsi endirib.
Əl-Cufranın təhlükəsizliyini təmin edən general Əbdülxalid Diah isə bildirib ki, 2 rus döyşçüsü COVİD-19 səbəbindən vəfat edib, 2 döyüşçü isə virusa yoluxub./Teleqraf.com