Xəzər Xəbər

Aviareyslər nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA

Gündəm | 18:29 • 29 May 2020
Aviareyslər nə vaxt bərpa ediləcək? -

"Gələn həftədən uçuşlar ölkə daxilində bərpa edilə bilər”.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.


Onun sözlərinə görə, bununla bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək, həmin aydalar təyyarəyə giriş və çıxışda tətbiq ediləcək.


İbrahim Məmmədov əlavə edib ki, iyunun birinci həftəsindən ABŞ-da çarter reysinin təşkil edilməsi nəzərdən keçirilir.


O qeyd edib ki, mayın 30-da Londondan 40-50 Azərbaycan vətəndaşı gətiriləcək.

Xəbər lenti