"Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq".
Xezerxeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artıqdıqca məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Bununla bağlı sənəd parlamentdədir".