Xəzər Xəbər

"Neymarın məşqçisi olmaq istəyərdim" - Setyen

İdman | 14:18 • 23 May 2020
"Neymarın məşqçisi olmaq istəyərdim" - Setyen

"Barselona"nın baş məşqçisi Kike Setyen PSJ-nin hücumçusu Neymarın transferi barədə danışıb.


İspan çalışdırıcı "beIN Sports"a müsahibəsində Neymarın məşqçisi olmaq istədiyini bildirib:


"Təbii ki, Neymarın məşqçisi olmaq istəyərdim. Biz yüksək səviyyəli futbolçudan danışırıq.


Xoşbəxtlikdən, artıq xəyallarımdan birini reallaşdırmışam. Dünyanın ən yaxşı futbolçusu rəhbərliyim altında oynayır. Söhbət Messidən gedir.


Neymarın transferinin reallaşıb-reallaşmayacağını bilmək üçün gözləməkdən başqa seçimimiz yoxdu. Amma keçid alınsa, sevinərdim. Başqa cür ola da bilməz".


Fanat.Az

Xəbər lenti