Xəzər Xəbər

Azərbaycanda daha bir QADAĞA tətbiq ediləcək Bundan sonra...

Gündəm | 13:05 • 23 May 2020
Azərbaycanda daha bir QADAĞA tətbiq ediləcək

Koronavirusla bağlı tətbiq edilən xüsusi karantin rejimində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) tərəfindən də bir sıra işlər həyata keçirilib.

QSC-dəkarantin dövründə aparılan dezinfeksiya işləri və hazırkı sərnişin daşımalarındakı vəziyyət haqda qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Redaktor.az-a bildirib ki,"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan etibarən beynəlxalq və regional istiqamətlərdə sərnişin daşımanı dayandırıb. Abşeron dairəvi xətti üzrə isə məhdud sayda da olsa qatarlarişləyir:

"Bildiyiniz kimi, müəyyən müəssisələr var ki, onların əməkdaşları pandemiya dövründə iş başında olmalıdır.Dəmir yollarının fəaliyyəti hazırda zəruri olan sahələrdən biridir. Çünki digər sahələrin iş başında olan əməkdaşlarının, həmçinin bizim kimi jurnalistlərin də ən çox istifadə etdiyi nəqliyyat növlərindən biri dəmir yollarıdır. Xüsusi karantin rejimi çərçivəsində həmin vətəndaşların işə gediş-gəlişini təmin etmək üçüniki qatarla Abşeron istiqamətində fəaliyyət göstərirdik. Amma mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra gördük ki, qatar sayıpik saatlarda azlıq edir. Buna görə də xəttə daha 2 qatar artırdıq. Onların hərəkət qrafiki ilə rəsmi internet səhifəmizdə tanış ola bilərsiz. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də martın 20-dən həmin marşrut üzrə daha 2 qatar xəttə buraxılıb".

Natəvan Bayramova əlavə edib ki,pandemiya dəmir yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımayatəsirsiz ötüşməyib:

"Yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb. Məsələn,biz bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşımışıq - 430 mindən çox.Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.

"Azərbaycan Dəmir Yolları" həm pandemiya, həm də pandemiyadan sonrakı dövrdə insanların sağlamlığının qorunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi istənilən qərara uyğun şəkildə işini qurmağa hazırdır. Sosial məsafənin qorunması üçün qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı yəqin ki, sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq. Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətər nəzərdən keçirilir. Biz də sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq".

Xəbər lenti