Moskvada zibil torbasında kişi başı tapılıb. Artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə 360.tv xəbər yayıb.
Bildirilir ki, qorxulu tapıntı Rusiya paytaxtının şimal-qərbində - meşə zolağında aşkarlanıb.
Hadisə yerində müstəntiqlər və kriminalistlər çalışaraq, cinayətdə kimlərin iştirak edə biləcəyini müəyyənləşdirirlər.
Qurbanın yaşını müəyyən etmək üçün ekspertiza təyin olunub.