Xəzər Xəbər

Bu gün Azərbaycanda yeni Baş Nazir təyinatı olacaq

Gündəm | 10:10 • 23 May 2020
Bu gün Azərbaycanda yeni Baş Nazir təyinatı olacaq

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

XəzərXəbər-in xəbərinə görə, sessiyanın gündəliyinə üç məsələ daxil edilib.

Həmin məsələlər sırasına Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi daxildir.

Xəbər lenti