Xəzər Xəbər

Liftlərdə düymələr pedallarla əvəz OLUNDU - VİDEO

Veb TV | 10:01 • 23 May 2020
Liftlərdə düymələr

Tailandın paytaxtı Banqkok şəhərində ticarət mərkəzlərinin birində "Covid-19”-la əlaqədar olaraq lift düymələrini pedallarla əvəzləyiblər.

Ticarət mərkəzinin direktoru Prote Sosothikul bildirib ki, bu ayaq pedalları alıcılara ruh rahatlığı verib.

"İnsanlar artıq rahat şəkildə alış-verişlərini edə bilirlər. Bu cür liftlər onlara mənəvi ruh rahatlığı verir. Bildiyimiz kimi, yoluxmağın ən asan yolu çirklənmiş bir cisimə toxunmaqla baş verir. Liftlər isə bu baxımdan ən təhlükəli hesab olunur. Biz də təhlükənin minimuma endirmək üçün lift düymələrini pedallarla əvəzləmək qərarına gəldik”- deyə, direktor bildirib.


Xəbər lenti