Xəzər Xəbər

Türkiyə Super Liqası ilə bağlı qərar

İdman | 22:26 • 3 Aprel 2020
Türkiyə Super Liqası ilə bağlı qərar

Koronavirusa görə dayandırılan Türkiyə Super Liqasının bərpası uzanacaq.

Federasiya iyunun əvvəlində çempionatı bərpa etməyə çalışacağını açıqlayıb. Qurum rəsmisi Sərvət Yardımçı bərpa müddətinin iyulda ola biləcəyini də deyib:

"Super Liqanı iyunda bərpa etmək fikrimiz var. Əgər olmasa, iyulda keçirəcəyik. İstənilən halda, çempionatları avqusta qədər bitirəcəyik".

26-cı turda dayandırılan Super Liqanın turnir cədvəlinə 53 xalla "Trabzonspor" başçılıq edir.

Xəbər lenti