Xəzər Xəbər

DİM şagirdlərə müraciət edib

Cəmiyyət | 10:01 • 29 Mart 2020
DİM şagirdlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib.

DİM-dən xezerxeber.az-a verilən xəbərə görə, Mərkəzin "Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik "vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in "Youtube” kanalına yerləşdirilir.

Mərkəz orta ümumtəhsil müəssisələrində dərslərin mart ayının əvvəllərindən dayandırıldığını nəzərə alaraq şagirdlər üçün əlverişli olsun deyə, 2019-2020-ci ilin tədris planında 01.03.2020-ci il tarixindən sonrakı dövrə aid mövzular üzrə hazırlanmış "vizuallaşdırılmış dərs”lərin siyahısını (V-VII sinif) ayrıca təqdim edib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti