Xəzər Xəbər

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Dünya | 09:41 • 29 Mart 2020
Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb, bununla da ölənlərin ümumi sayı 3-ə yüksəlib.

Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vahid məlumat mərkəzi

Facebook səhifəsində məlumat yayıb:

"Yerevanın "Nork” yoluxucu xəstəliklər xəstəxanasında koronavirusdan daha 2 nəfər ğlüb. Dünyasını dəyişənlər 55 yaşlı qadın və 73 yaşlı kişidir”.

Qeyd edək ki, Ermənistanda movcud vəziyyətlə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumatlara görə görə, ölkədə 407 yoluxma hadisəsi aşkar edilib. Martın 25-dən 31-dək strateji obyektlər istisna olmaqla bütün müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyət qoyulub.

Xəbər lenti