Xəzər Xəbər

Sosial izolyasiyaya ciddi əməl edilməlidir - İtaliyada həkim işləyən azərbaycanlıdan çağırış - VİDEO

Veb TV | 20:32 • 26 Mart 2020
Sosial izolyasiyaya ciddi əməl edilməlidir -

Yeni növ koronavirus epidemiyasının yaydığı təhlükə olduqca ciddidir. Əgər vətəndaşlar bu ciddiliyi öz sosial və fərdi davranışlarında nəzərə almasalar, epidemiyanın fəsadları daha ağır, hətta qarşısıalınmaz vəziyyət yarana bilər.

Xezerxeber.az-ın məlumatına görə, bunu İtaliyanın Milan şəhərində fəaliyyət göstərən San Rafael Xəstəxanasının kardiologiya şöbəsində həkim işləyən həmyerlimiz Bahar Yusifzadə deyir.

Bahar Yusifzadə bildirir ki, İtaliya, vətəndaşların karantin rejiminə riayət etməmələri təcrübəsini yaşayıb və bunun ağır nəticələrini görüb. Xüsusilə də yaşlı insanlar üçün bu xəstəlik həm gözlənilməz, həm də dözülməz olub. Ona görə də əsas zərbə məhz onlara dəyib.

Bahar Yusifzadə Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin yerində atılmış addım olduğunu bildirir. Onun sözlərinə görə, dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir, qaydalara əməl etmək isə hər bir vətəndaşın üzərinə düşür. Epidemiyadan az zərərlə çıxmaq da vətəndaşların məsuliyyətli davranışlarından birbaşa asılı olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti