Xəzər Xəbər

Misirdə 5 müttəhim barəsində ölüm hökmü çıxarılıb

Dünya | 21:18 • 26 Mart 2020
Misirdə 5 müttəhim barəsində ölüm hökmü çıxarılıb

Misirdə Nil çayının mənsəbində yerləşən Dəmanhur şəhərinin cinayət məhkəməsi ötən ilin noyabrında qaz kəmərində partlayış törədən 5 müttəhim barəsində ölüm hökmü çıxarıb.

Həmin vaxt Beheyra vilayətinin Itay Əl-Barud qəsəbəsində güclü partlayış nəticəsində yanğın baş vermiş və nəticədə 9 nəfər həyatını itirmiş, 12 sakin yaralanmışdı. İnsident müttəhimlər qaz kəmərindən oğurluq edərkən olub.

Məhkəmə təqsirli bilinən daha beş nəfəri də ömürlük həbs cəzasına məhkum edib.

Müttəhimlər barəsində ölüm hökmünü Misirin Baş müftisi də təsdiq edib. Lakin Misir qanunlarına görə, ali ruhani şəxsin rəyinin qanuni qüvvəsi yoxdur. (AZƏRTAC)

Xəbər lenti