Xəzər Xəbər

Nur-Sultanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Dünya | 17:33 • 26 Mart 2020
Nur-Sultanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD tərəfdarı həbs edilib.

Həbs edilən şəxs respublika ərazisində terror aktı hazırlamaqda şübhəli bilinir. Axtarış zamanı ondan kustar üsulla hazırlanmış partlayıcı qurğu və soyuq silah götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti