Xəzər Xəbər

Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib

Gündəm | 21:15 • 28 Fevral 2020
Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib

Fevralın 28-də Minskdə Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah fakültəsində dövlət və hərbi idarəetmə ixtisası üzrə dinləyicilərin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, mərasimdə Belarus Respublikası Hərbi Akademiyasının Baş Qərargah fakültəsinin rəisi general-mayor Sergey Zaytsev, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamenti rəisinin 1-ci müavini polkovnik Valeri Revenko, professor-müəllim heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşesi polkovnik Elşən Rəhimov, köməkçisi polkovnik-leytenant Aydın Rəhimov və həmin fakültənin birinci kursunda təhsil alan Azərbaycan Ordusunun zabitləri iştirak ediblər.


Cari ildə bu ali hərbi təhsil müəssisəsindən Azərbaycan Ordusunun 2 zabiti məzun olub. Polkovnik Anar Hüseynov hərbi akademiyanı əla qiymətlərlə bitirərək fərqlənmə diplomu alıb.

Xəbər lenti