Xəzər Xəbər

Məcburi köçkün ailələri üçün yeni yaşayış binaları tikilir - VİDEO

Veb TV | 20:57 • 24 Fevral 2020
Məcburi köçkün ailələri üçün yeni yaşayış binaları tikilir -

Bakıda məcburi köçkün ailələri üçün şəhərcik salınır. Bunun üçün Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 11 hektar ərazi ayrılıb.

Xezerxeber.az-ın məlumatına görə, tikinti üçün ayrılan ərazidə 30 hündürmərtəbəli bina inşa edilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib ki, binalardan 18-i 54, 12-si isə 45 mənzildən ibarət olacaq.

Şəhərcikdə məktəb, 280 yerlik bağça, idman meydançaları, park, klub-icma mərkəzi, təsərrüfat və içməli su çənləri də tikiləcək.

İbrahim Mirzəyev deyib ki, bu il rekord sayda məcburi köçkün ailəsinin mənzillərlə təmin edilməsi gözlənilir. Elə bu məqsədlə Hövsan, Binəqədi və başqa ərazilərdə binalar tikilir.

Bu şəhərciklərə ilkin mərhələdə mənzil-məişət şəraiti yaxşı olmayan məcburi köçkün ailələri köçürüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti