Xəzər Xəbər

Fərdi məlumatlarımızı necə qoruyaq? VİDEO

Veb TV | 20:40 • 21 Fevral 2020
Fərdi məlumatlarımızı necə qoruyaq?

Son dövrlərdə internet şəbəkəsi genişləndiyindən fərdi məlumatların istifadəsi bütün sahələri əhatə edir. Fərdi məlumatlarınızın başqa şəxslərin əlinə keçməsi sizin üçün təhlükəli hallarla nəticələnə bilər. Mütəxəssislər və rəsmi qurumların nümayəndələri vətəndaşları diqqətli olmağa çağırırlar.

Vətəndaşlar internet resurslarından istifadə zamanı nələrə razılıq verdiyinə diqqət etməlidirlər.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov deyib. O vurğulayıb ki, ölkədə fərdi məlumatların qorunması qanunu qüvvədədir. Lakin hər kəs fərdi məlumatlarının qorunmasında özü də maraqlı olmalıdır. Bu problem xüsusən də sosial şəbəkələrdə daha çox baş verir. İstifadəçilər başqa saytlara yönləndirildikdə nələrə icazə verdiyinə diqqət etmirlər.

Rəşad Əzizovun sözlərinə görə, internet şəbəkəsi genişləndiyindən artıq fərdi məlumatların istifadəsi bütün sahələri əhatə edir. Vətəndaşlar öz şəxsi məlumatlarının qorunması ilə bağlı şirkətlər qarşısında tələb qoya bilər.

Nazirlik rəsmisinin sözlərinə görə, fərdi məlumatların toplanması lisenziya tələb edən bir xidmətdir. Bank və digər sahələr bu lisenziyanı Nazirlikdən alır. Amma bütün şirkətlərin bura cəlb edilməsinə, eləcə də güclü kadrlarla təminata ehtiyac var.

Bu arada Bakıda kibertəhlükəsizlik və fərdi məlumatların qorunmasına həsr olunmuş konfrans keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfransda kibertəhlükəsizliklə bağlı görülən işlərdən danışılıb.

Xəbər lenti