Xəzər Xəbər

Prezident İlham Əliyev İtaliyada dövlət səfərindədir VİDEO

Veb TV | 21:25 • 20 Fevral 2020
Prezident İlham Əliyev İtaliyada dövlət səfərindədir

İtaliyaya dövlət səfəri çərçivəsində prezident İlham Əliyev bu gün bir sıra görüşlər keçirib. Dövlət başçısı italiyalı həmkarı ilə görüşüb. Mətbuata bəyənatlarla çıxış edən prezidentlər bir sıra sahələrdə görüləcək işlərdən danışıblar. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İtaliya tərəfinə və prezident Sercio Mattarellaya minnətdarlığını bildirib. Dövlət başçısı Ermənistan baş nazirinin bir-birini təkzib edən bəyənatlarına da toxunub və bir daha Qarabağın Azərbaycan torpağı olduğunu diqqətə çatdırıb.

İtaliyada dövlət səfərində olan Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi keçirilib.

Prezident süvari dəstəsinin müşayiəti ilə romanın kuirinale sarayına gəlib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdikdən sonra birgə foto çəkdirilib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İtaliyalı həmkarı Sercio mattarella təkbətək görüşüblər. Daha sonra müzakirələr nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. bildirilib ki, bu səfər azərbaycan və İtaliya arasında səmimi dostluğ və güclənən əməkdaşlığın bir daha qeyd edilməsi, eləcə də əməkdaşlığın dəyərləndirilməsi üçün gözəl fürsətdir. İtaliya-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhəlsinə qədəm qoyur.

Daha sonra prezidentlər mətbuata bəyənatlarla çıxış ediblər. Bu zaman İtaliya prezidenti Sercio Mattarella bildirib ki, ölkəsinin ticarət, mədəniyyət , siyasi və digər sahələrdə Azərbaycanla intensiv əlaqələri mövcuddur. Azərbaycanla imzalanacaq müqavilələr iqtisadi-siyasi sahədə əməkdaşlığın göstəricisidir.

 

Mətbuata bəyənatlarla çıxış zamanı Prezident İham Əliyev İtaliya və Azərbaycanın bir-birinə çox yaxın olan , dost ölkələr olduğunu deyib. Azərbaycan Prezidenti bu gün İtaliya ilə 20-dən çox sənədin imzalanmasının nəzərdə tutulduğunu və onların arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair bəyənnamənin olduğunu bildirib.

Prezident İlham Əliyev İtaliyali həmkari ilə görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyinə də diqqət çəkib. Prezident bu məsələnin həllinin İtaliya ilə birgə imzalanmış bəyənnamədə də göstərildiyini deyib. Dövlət başçısı münaqişə ilə bağlı qətiyyətli mövqeyinə görə İtaliya tərəfinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti Dağlıq Qarabağın Azərbaycan olduğunu bir daha vurğulayıb.

 

Dövlət başçısı çıxışı zamanı İtaliyaya ikitərəfli əlaqələrin prioritetlərini də açıqlayıb. Prezident İlham Əliyev İtaliyada Azərbaycan mədəniyyət mərkəzinin açılacağını deyib , Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Prezident energetika məsələlərinə toxunaraq, Azərbaycanın İtaliya üçün 1 nömrəli xam neft təhcizatçısı olduğunu bildirib. Əlavə edib ki, 15 ilə yaxındır ki, Azərbaycan İtaliyaya neft ixrac edir və bu müddət ərzində heç bir fors -major hadisə olmayıb. Bununla da Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib. Prezident ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirib.

Prezident sonda bildirilib ki hər iki tərəfdən səslənə fikirlər iki ölkə arasında stareji tərəfdaşlıq və dostluq əlaqələrinin mövcudluğunu təsdiq edir və bu əməkdaşlıq davam etdiriləcək.

Dövlət başçısı İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə də təkbətək görüşüb. Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb. "Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağı vurğulanıb. Azərbaycanın radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə aparıcı rolu, ölkəmizin dünyəvi ənənələri yüksək qiymətləndirilib.

Bu səfər zamanı imzalanacaq çoxsaylı sənədlərin ölkələrimiz arasında əməkdaşlığın daha geniş şəkildə inkişafı üçün zəmin yaradacağı qeyd edilib. Eyni zamanda, fevralın 21-də keçiriləcək biznes forumun daha böyük imkanlar yaradacağı diqqətə çatdırılıb.

 

Görüşdə 2020-ci ilin İtaliyada mədəniyyət baxımından Azərbaycan ili elan edildiyi bildirilib.

 

Dövlət başçısı İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət edib. Nazirlər Şurasının Sədri bu səfəri məmnuniyyətlə qəbul etdiyini bildirib.

Xəbər lenti