Xəzər Xəbər

Rusiyada deputat və həyat yoldaşı öldürülüb

Dünya | 19:34 • 28 Yanvar 2020
Rusiyada deputat və həyat yoldaşı öldürülüb

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.


İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.


Hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər lenti