Xəzər Xəbər

Azərbaycandakı restoranlara Çindən məhsul gətirilir? - Nazirlik əhaliyə çağırış etdi - VİDEO

Veb TV | 19:34 • 28 Yanvar 2020
 Azərbaycandakı restoranlara Çindən məhsul gətirilir?  -

Son günlər Çində yayılan və insanların ölümünə səbəb olan koronavirusla bağlı Azərbaycandakı restoranların sahibləri ordan məhsul gətirməyi dayandırıb. Onlar məhsulları Avropadan və ya Bakının özündən aldıqlarını bildirilər.

Xezerxeber.az-ın məlumatına görə, restoran sahibləri deyir ki, virus yayılmazdan əvvəl də Çindən məhsul gətirmək onlara çox da sərf etməyib. Çünki ordan gətirilən məhsullara xərc çox çıxır.

İnzibatçılar isə bildirirlər ki, virusa görə insanlar narahat olsalar da, onların müştəriləri azalmayıb.

Bu arada, Səhiyyə Nazirliyindən bildirilib ki, Çin restoranlarına getməyi müvəqqəti dayandırmaq lazımdır. İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti