Xəzər Xəbər

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi gecə ərzində davam edib

Gündəm | 10:02 • 26 Yanvar 2020
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi gecə ərzində davam edib

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Xəbər lenti