Xəzər Xəbər

Bakıda balığın qiyməti qalxdı VİDEO

Veb TV | 20:58 • 23 Yanvar 2020
Bakıda balığın qiyməti qalxdı

Bəzi dəniz balıqlarının kiloqramında 3-4 manata qədər artım var. Satıcılar bu qiymət artımını müxtəlif səbəblərlə izah edirlər. Digər balıqların qiyməti isə dəyişməyib.

Kütüm balığının qiyməti quzu ətindən də yüksəkdir.

Son günlərdə bazarlarda dəniz balıqlarının qiyməti artıb. Bu balıqların kiloqramında 3-4 manata qədər bahalaşma var. Satıcılar hətta, kütüm tapmaqda çətinlik çəkdiklərini deyirlər.

Satıcılar balıqlardakı qiymət artımını bu canlıların son zamanlarda az ovlanması ilə əlaqələndirirlər. Dəniz balıqlarının az təklif edilməsinin səbəbləri isə müxtəlif cür izah edilir. Digər balıqların qiyməti isə dəyişməyib.

Satıcılar dəniz balıqlarındakı qiymət artımının müvəqqəti olduğunu və 15-20 gün ərzində əvvəlki vəziyyətinə qayıdacağını bildirirlər.

Xəbər lenti