Xəzər Xəbər

Rusiyalı milyarderin eks-həyat yoldaşı başqa bir milyarderə ərə getdi

Şou Biznes | 12:03 • 19 Yanvar 2020
Rusiyalı milyarderin eks-həyat yoldaşı başqa bir milyarderə ərə getdi

Rusiyalı iş adamı Roman Abromoviçin keçmiş həyat yoldaşı Daşa Jukova ikinci dəfə ərə gedib.

Dünən İsveçrənin Müqəddəs Moritz xizək kurortunda 38 yaşlı Daşa Jukova ilə 34 yaşlı Stavros Niarxosun təntənəli toy mərasimi baş tutub.

Ötən payız gizli şəkildə rəsmi nikaha daxil olan cütlük bütün sevdiklərini bu münasibətlə ətrafına toplayaraq böyük bir məclislə qeyd edib. 500 nəfərin qonaq olduğu toydan fotolar sosial şəbəkələrdə yayılıb. Yeri gəlmişkən, mərasim bəyin ailəsinə məxsus olan oteldə baş tutub.

Xatırladaq ki, Daşa Jukova ilə Stavros Niarxos uzun illər davam edən dostluq münasibətlərindən sonra görüşməyə başlayıb. Qaraj muzeyinin qurucusu və yunan milyarder həyat yoldaşından ayrıldıqdan sonra Daşa Jukovaya sevgi hissləri yaranmağa başlayıb. Qeyd edək ki, hər iki cütlüyün həyat yoldaşından ayrılması 2017-ci ilə təsadüf edir./publika.az


Xəbər lenti