İstintaq hakimi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ətrafındakı adamların "Beynəlxalq İnvestisiya Bankı”ndakı 247 milyon qrivna məbləğində pulu üzərinə həbs qoyub.
Ukrayna baş prokuroru ofisinin mətbuat xidmətinin yaydığı xəbərə görə, bu tədbir Viktor Yanukoviçin ətrafındakı adamların maliyyə əməliyyatları üzrə gəlirlərinin "yuyulması” barədə cinayət işi çərçivəsində həyata keçirilib.
Bundan əlavə, "Ümumukrayna İnkişaf Bankı” Publik Səhmdar Cəmiyyətinin vəsaitlərinin "Beynəlxalq İnvestisiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin hesablarında saxlanmasının qanuni olub-olmaması məsələsi öyrənilir, bu işdə əli olan şəxslər müəyyən edilir.
Baş prokurorun ofisində daha sonra bildiriblər ki, təqribən 84 milyon dollar məbləğində maliyyə əməliyyatları üzrə qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında əli olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün istintaq hərəkətləri aparılır.