Xəzər Xəbər

Bakıda "3-cü mikrorayon bazarı"nda yanğın baş verib - VİDEO

Veb TV | 20:12 • 14 Dekabr 2019
Bakıda "3-cü mikrorayon bazarı"nda yanğın baş verib -

Paytaxtın Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı"nda yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən avtomobili və canlı qüvvə cəlb edilib.

Yanğın saat 18:00-da məhdudlaşdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Həmçinin, yanğınla bağlı əraziyə elektrik enerjisinin verilişi dayandırılıb. "Azərişıq"Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə , elektrik enerjisi Fövqəladə Hallar Nazirliyinin tələbi ilə dayandırılıb.

Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam dayandırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məhdudiyyət 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində və Ceyhun Səlimov küçəsində, eyni zamanda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətini əhatə edib.

Bu səbəbdən dairədəki körpünün üzərində Ziya Bünyadov istiqamətində tıxac müşahidə olunub. Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti