Xəzər Xəbər

Çindən mobil kümxanalar gətirilib - VİDEO

Veb TV | 20:14 • 14 Dekabr 2019
Çindən mobil kümxanalar gətirilib -

Barama yetişdirmək üçün artıq böyük tikililərə ehtiyac qalmayacaq. Onları kiçik daşına bilən kümxanalar əvəz edəcək. Artıq belə kümxanalardan biri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən ölkəmizə gətirilib və Baytarlıq Elmi Tədqiqat İnstitutunun həyətində qurulub.

Xezerxeber.az-ın məlumatına görə, bu kümxanaların içində temperatur rejiminə əmək etmək üçün pərlər qoyulub və kümxana açıla bilən pəncərələrlə təchiz edilib. Amma fermer kiçik ərazidən böyük məhsuldarlıq almaq üçün rəflərə tutun budaqlarını yox, yalnız yarpaqlarını qoymalıdır.

Bundan başqa, ölkəmizdə barama istehsalını artırmaq üçün Barama İstehsalçıları Şurası da yaradılıb. Burada bütün bölgələrdən fermerlər və rəsmi şəxslər təmsil olunur.

Qeyd edək ki, barama ölkəmizdə gəlirli sahə sayılır və fermerə 1 kq yaş baramaya görə emalçı tərəfindən 4, dövlət tərəfindən isə 5 manat ödəniş edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti