Xəzər Xəbər

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Gündəm | 14:54 • 14 Dekabr 2019
Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

"Yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb. Ölkə vətəndaşlarının böyük bir qisminə yeni şəxsiyyət vəsiqələri təqdim olunub. Yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində yaşayış yeri göstərilmir. Həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb".


Xezerxeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib: "Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, bələdiyyə seçkilərində yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.


Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Xəbər lenti