Xəzər Xəbər

Övladlarına işgəncə verən ata həbs olundu, ögey ana nəzarət altına alındı VİDEO

Veb TV | 20:17 • 11 Dekabr 2019
Övladlarına işgəncə verən ata həbs olundu, ögey ana nəzarət altına alındı

Doğma ataları və analıqları tərəfindən döyülən iki azyaşlı uşaq ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir. Bu gün həmin hadisə ilə bağlı bir addım atılıb və uşaqlarına işgəncə verdiyi deyilən ata həbs olunub. Ögey ana isə səhhəti ilə bağlı müvəqqəti azadlığa buraxılıb və hazırda polis nəzarətindədir.

"Övadlarımı bax belə dəmir-dümür sataraq saxlayıram". Xəqani Əkbərov bir neçə il əvvəl bu videosu ilə gündəmə gəlmişdi.

Videoda uşaqları üçün hər cür əziyyətə qatlandığını deyən ata bu gün həmin uşaqlarını döyməkdə ittiham edilərək həbs olunub. Onunla bu işi görən ögey ana isə hamilə olduğuna görə polis nəzarətinə verilib.

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov "Facebook" səhifəsində məlumat yayıb. Bildirilir ki, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərov və Nuranə Əkbərovanın köməksiz vəziyyətdə olan övladları - Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə onlara fiziki ağrılar yetirdikləri məlum olub. Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub. Bu səbəbdən Xəqani Əkbərov və Nuranə Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin bir necə maddəsi ilə ittiham elan olunub, Xəqani Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, Nuranə Əkbərovanın 16 həftəlik hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, barələrindəki ittiham məhkəmə-tibbi ekspertizasının rəyləri ilə təsdiqlənsə də, təqsirləndirilən Nuranə Əkbərova bu məsələ ilə bağlı nə ərinin, nə də özünün günahı olduğunu deyir.

Qadın məsələnin yenidən araşdırılmasını istəyir. Təqsirləndirilən tərəf ittihamı qəbul etməsə də, fakt ortadadır: iki azyaşlı uşaq döyülüb və işgəncəyə məruz qalıb. Yəqin ki, məhkəmə yekum sözü deyəcək.

Xəbər lenti