Xəzər Xəbər

Trampın impiçmenti əsaslandırıldı – millətinə xəyanətdə ittiham olunur

Dünya | 10:35 • 8 Dekabr 2019
Trampın impiçmenti əsaslandırıldı –

ABŞ-ın Demokratik Partiyası Amerika lideri Donald Trampın impiçmenti ilə bağlı dinləmələrin nəticələrinə dair hesabat yayıb.

TASS-ın məlumatına görə, sənəddə demokratlar Ağ Ev rəhbərinin tutduğu vəzifədən kənarlaşdırılmasının zəruriliyini əsaslandırıblar.

Demokratlar Amerika liderini səlahiyyətlərindən sui-istifadə etməkdə və əcnəbilərlə ünsiyyət yolu ilə millətinə xəyanət etməkdə ittiham ediblər.

"Bu ictimai etibardan sui-istifadənin hər biri özlüyündə impiçment üçün əsasdır”, - deyə hesabatda bildirilir.

Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı.

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.

Xəbər lenti