Xəzər Xəbər

TANAP Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır VİDEO

Veb TV | 20:24 • 7 Dekabr 2019
TANAP Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır

TANAP layihəsinin tam gücü ilə işə düşməsi nəticəsində Azərbaycan Türkiyənin qaz idxalında ikinci ən böyük paya sahib olacaq. Layihənin hər iki qardaş ölkə üçün əhəmiyyətini SOCAR Türkiyənin xarici əlaqələr üzrə direktoru Murad Lekompte "XəzərXəbər”ə şərh edib.

Azərbaycan qazını Avropanın sərhəddinə çatdıran TANAP layihəsi Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi ən ən əhəmiyyətli enerji layihəsidir. SOCAR Türkiyənin xarici əlaqlər üzrə direktoru Murad Lekomtenin deyir ki, TANAP Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasından sonra enerji təhlükəsizli məsələsini yeni müstəviyə qaldırıb.

Murad Lekomte deyir ki, layihənin reallaşdırılması Avropa ölkələrinin enerji təhlükəsizliyi ilə yanaşı Türkiyəni enerji təhlükəsizliyinə də böyük töfhə verir. Belə ki TANAP vasitəsi ilə Türkiyə Azərbaycandan aldığı qazın həcmini iki dəfə artırmış olacaq. Bu Azərbaycan üçün də daimi etibarlı bazar deməkdir.

TAP layihəsinin də reallaşması ilə Cənub Qaz Dəhlizi tamamlanmış olacaq. İlk mərhələdə kəmər vasitəsi ilə Azərbaycan qazı daşınacaq. Amma Cənub Qaz Dəhlizinin imkanları geniş olduğu üçün orta asiya ölkələrinin karbohidrogen ehtiyyatlarının da daşınması prespektivdə mümkündür. Bu isə Azərbaycan üçün öz qazını ixrac etməklə yanaşı əlavə tranzit gəlirləri də əldə etmək imkanları yaradır.

Xəbər lenti