Xəzər Xəbər

“Facebook” onlayn ödəmə xidmətini işə salır

Texnologiya | 11:21 • 13 Noyabr 2019
“Facebook” onlayn ödəmə xidmətini işə salır

"Facebook” şirkəti "Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib.

Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

"Facebook Pay” xidmətinin insanlara "Facebook”, "Messenger”, "Instagram” və "WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacaq. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Xidmət hələ ki ABŞ ərazisində yaşayan "Facebook” və "Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir./Teleqraf.com

Xəbər lenti