Mingəçevirdə həvəskar bağban yeni üsuldan istifadə etməklə bağ salıb. Buradabir ağac 7 dəfədənartıq məhsul verə bilər.
Bu ilin aprel ayında torpağa basdırlan tinglərin gövdələri 3 illik ağaclara bənzəyir. İlk ilində məhsul verməklə yanaşı, yüksək məhsuldarlığı ilə seçilir.
Xaricdən gətirlib Balakən rayonunda calaq edilən tingləri həvəskar bağban Hüsaməddin Əliyev 6 ay öncə Mingəçevirə gətirib.Hüsaməddin Əliyev 1 ağacı 7-8 ağaca çevirməklə ondan 200 kq-dan artıq məhsul ala biləcəyini deyir.
Bağda becərilən ağacların boyu çox hündür olmur, kökləri isəçox dərinliyə getmir. Bu səbəbdən həvəskar bağban ağacları damcı üsulu ilə hər gün suvarır.
Bağda 300-dən artıq müxtəlif növ ağaclar var. Ən diqqət çəkən məqam isə yetişdirlən meyvələringeni dəyişdirilmiş olmamasıdır. Ağacların rahat suvarılması, peyin və kübrələrin verilməsi üçün işlənmiş şinlərdən də istifadə edilir.