Xəzər Xəbər

Madonna konsertini təxirə saldı - SƏBƏB

Şou Biznes | 15:32 • 9 Oktyabr 2019
Madonna konsertini təxirə saldı -

Dünya şöhrətli müğənni Madonna Nyu-Yorkdakı şousunu təxirə salmağa məcbur olub. 


Ulduz ifaçı dizindəki zədəyə görə səhnəyə çıxa bilməyəcəyini deyib.


Müğənninin saytında dizindəki zədə ilə bağlı onun yataq rejimində olmasının vacibliyi qeyd edilib. Konsertə bilet alanların isə şounun yeni tarixi ilə bağlı məlumatları izləməsi tövsiyə olunub.


Qeyd edək ki, müğənninin "Madame X" konserti oktyabrın 10 və 12-i olmalı idi.

Xəbər lenti