ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Nyu-Yorkda hərəkətini məhdudlaşdırıb.
Bu barədə XİN rəhbərinin müavini Abbas Arakçi "Twitter” səhifəsində xəbər verib.
"Amerika vizası ona (Zərifə) telestudiyaya getməyə imkan vermir, buna görə studiya İranın Nyu-Yorkdakı missiyasına gəlib”, — deyə o yazıb.
Arakçinin postuna İranın xarici işlər nazirinin CBS "Face The Nation” proqramının müxbirlərinə müsahibə verdiyi şəkil də birləşdirilib.