Xəzər Xəbər

Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası istifadəyə verilib VİDEO

Veb TV | 20:15 • 16 Sentyabr 2019
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası istifadəyə verilib

Qubanın Alekseyevka kəndində 960 şagird yerlik məktəb binasının açılışı olub. Açılış mərasimində iştirak edən nazir Ceyhun Bayramov ölkədə təhsil sahəsində görülən işlərdən danışıb

Son 5 ildə ölkəmizdə 600 məktəb binası inşa olunub.

Bu barədə Təhsil naziri Ceyhun Bayramov Quba rayonunun Alekseyevka kəndində inşa olunan məktəb binasının açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.Nazir bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, maddi-texniki bazanın müasirləşdirilməsi əsas məsələlərdəndir.

Bu il də Heydər Əliyev Fondunun xətti ilə məktəblər tikilib.. Onlardan bir hissəsi artıq tədris ilinin əvvəlində istifadəyə verilib.On beş ildə tikilən və əsaslı təmir olunan təhsil müəssisələrinin sayı isə 3 min 200-dən çoxdur.

Qeyd edək ki, Quba rayonu Alekseyevka kəndində yeni tikilən məktəb 960 şagird yerlikdir. Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti