Xəzər Xəbər

Körpünün altından keçmək istədi, ilişib qaldı VİDEO

Veb TV | 19:38 • 16 Sentyabr 2019
Körpünün altından keçmək istədi, ilişib qaldı

Yük avtomobili körpünün altından keçən zaman orada ilişərək qalıb.Hadisənin baş verməsi isə yolda bir neçə saat hərəkətin dayanmasına səbəb olub.

Hadisə Gəncədə yerləşən dəmiryol körpüsünün aldtından keçən yolda baş verib. Yoldan istifadə edən sürücülərin sözlərinə görə, yük avtomobilinin sürücüsü körpünün altından keçən zaman körpünün yaxınlığında qoyulan yol nişanına əhəmiyyət verməyib.

Bəzi sürücülər iddia edir ki, körpünün altında olan yola asfalt örtüyü vurulandan sonra nişanda göstərilən hündürlüklə yolda olan hündürlük arasında fərq ortaya çıxıb.

Ancaq körpünün hündürlüyü ilə bağlı iddia özünü doğrultmadı. Körpünün hündürlüyünü ölçən zaman girişdə hündürlüyün 3.7 metr, çıxışda isə 3.4 metr olduğu məlum oldu. Nişanda isə bu rəqəm daha az 3 metr göstərilib ki, bu da riski azaltmağa xidmət edir.

Gəncə Dövlət Yol Polisi şöbəsinin əməkdaşı Elşad Məmmədov isə deyir ki, sürücülər nişanlara diqqət yetirsə belə hallar meydana çıxmaz.

Bəzi sürücülər isə idarə etdikləri yük maşınlarının hündürlüyünü nəzərə alaraq alternativ yoldan istifadə edirlər.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti